Şamaxıda 2 fevral - Gənclər Günü ilə bağlı tədbir keçirilib
Şamaxı Regional Kollecində 2 fevral Gənclər Günü ilə bağlı tədbir keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı rayon komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon komitəsinin sədri Fuad Nəsirov, Şamaxı rayon icra başçısının müavini Mehriban Eyubova, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cəlal Bayramov və Kollecin tələbələri iştirak edib.  Tədbirdə çıxış edənlər Azərbaycanda Gənclər Gününün tarixindən, Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışıblar. 
Qeyd olunub ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. 
Çıxış edənlər vurğulayıb ki, gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo