ATİAHİ Şamaxı rayon komitəsi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil edilmiş "İlin peşəkar gənci" və "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" müsabiqəsinin qaliblərini mükafatlandırıb. Rayon komitəsinin sədri Fuad Nəsirov qalibləri təbrik edib. Bildirib ki, Şamaxı rayonunun təhsil müəssisələrində işləyən müəllimlər həmkarlar ittifaqı üzvü olaraq ATİAHİ Respublika Komitəsinin təşkil etdiyi müsabiqələrdə və yarışlarda yaxından iştirak edirlər. F.Nəsirov qaliblərə uğurlar arzulayıb, fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.