M.K.Veyisov adına 6 saylı tam orta məktəbin müəlliminin 65 illik yubileyi qeyd olundu
Şamaxı rayon  M.K.Veyisov adına 6 saylı tam orta məktəbin müəllimi Nuriyev Şakir Ələsgər oğlunun 65 illik yubileyi qeyd olunub. Müəllimin işlədiyi təhsil müəssisəsində keçirilən tədbirdə ATİAHİ Şamaxı rayon komitəsinin sədri Fuad Nəsirov yubliyara rayon komitəsinin fəxri fərmanını və qiymətli hədiyyə təqdim edib.
Təltifolunma mərasimində Şakir müəllimin pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında əvəzsiz xidmətlərindən, yeni nəslin tərbiyə olunmasında, elmi biliklərə yiyələnməsində rolundan danışılıb.
Sonda yubiliyar göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür edib. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo