70 illik yubiley tədbiri keçirilib
ATİAHİ Şamaxı rayon komitəsinin təşkilatçılığı ilə Şamaxı rayon K.Nəbiyev adına Məlhəm kənd tam orta məktəbinin müəllimi Mahmudova Şura Cəlal qızının  70 illik yubileyi qeyd olunub.  Yubliyarın çalışdığı təhsil müəssisəsində təşkil edilən tədbirdə ATİAHİ Şamaxı rayon komitəsinin sədri Fuad Nəsirov, məktəb rəhbərliyi və məktəbin kollektivi iştirak edib.  Tədbirdə çıxış edənlər Ş.Mahmudovanın keçdiyi şərəfli həyat yolundan, pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında xidmətlərindən, gənc nəsilin yetişməsində zəhmətindən danışıblar. 
Sonda yubilyara Fəxri fərman və hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo